"Həyəcan var. İkinci məşqimiz çoz gözəl keçdi. Saç, makiyaj, geyim, ümumiyyətlə bütün deleqasiya çalışırıq ki, hər şey yüksək səviyyədə olsun. Mən artıq hazıram. Tək sürpriz odur ki, gözəl performans olacaq".
Hafta.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında "Avroviziya 2026" yarışmasında ölkəmizi təmsil edən Jiva deyib. Bü gün ikinci yarımfinalda səhnəyə çıxacaq Jiva təəssüratlarını bölüşüb. O bildirib ki, ikinci məşq uğurla keçib.
Jiva Vyanada olduğu müddətdə mahnısı ilə bağlı xoş sözlər eşitdiyini əlavə edib:
"Təəssüratlar çox gözəldir. Bu qədərini gözləmirdim. Gözəl reaksiya görürəm. Çox sevinirəm ki, artıq sevilirəm".
Müğənni yarışmada favoritinin Danimarka təmsilçisi Soren Torpeqraad Lund olduğunu əlavə edib.
Qeyd edək ki, Jiva ölkəmizi "Just go" mahnısı ilə təmsil edir.